![]() |
![]() |
|
YERDƏ VƏ HƏSİR ÜSTÜNDƏ SƏCDƏ ETMƏKO, çox vaxt quru yerdə səcdə edərdi. Çünki məscidində həsir və ya başqa nə isə döşənməmişdir. Aşağıdakı hədis buna dəlalət edir: «Əshabələr onunla birlikdə ən şiddətli istidə belə namaz qılardılar. Onlardan biri alnını yerə vura bilmədikdə paltarını sərinb onun üzərində səcdə edərdi» (Müslim və Əbu Uvanə). O deyərdi: «Mənə və ümmətimə yer üzü məscid və təmizləyici edildi. Mənim ümmətimdən olan adam istədiyi yerdə namaz qıla bilər, bura ona məscid olar, bu yer təmizləyici ( təyəmmüm və s. üçün – red.) olar. Məndən qabaq bunu qəbul etməmiş, öz kilsələrində və məbədlərində ibadət etmişlər» ( Əhməd, əs-Sərrac və əl-Beyhəqi. Səhih hədisdir). Bəzən hətta palçıqda və suda da səcdə edərdi. Bir dəfə Ramazan ayının 21-də səhər bərk yağış yağır. Məscidin damı xurma yarpaqlarından olduğu üçün damır. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- palçıq və su içində səcdə edir. Əbu Səid əl-Xudri deyir: «Mən Rəsulullahın üzündə, gözlərinin üstündə, alnında və burnunda su və palçığın izlərini gördüm» (əl-Buxarı və Müslim). O, «bir parça həsir üzərində səcdə edərdi» ( əl-Buxarı və Müslim). Bəzən də « Həsir üzərində səcdə edərdi» ( Müslim və Əbu Uvanə). Bəzən isə « əynindəki paltarı sərib üzərində namaz qılardı» ( əl-Buxarı və Müslim). SƏCDƏDƏN QALXMAQ |
|
|
![]() |
![]() |