![]() |
![]() |
|
SƏCDƏDƏN QALXMAQPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təkbir edərək başını səcdədən qaldırardı (əl-Buxarı və Müslim). Bunu «namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Namaz o zaman tamamlanır ki, namaz qılan səcdə etsin. Bütün bədən üzvləri rahatlıq tapsın, sonra «Allahu əkbər» deyib və başını qaldırıb otursun» ( Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Bəzən «bu təkbirlə bərabər əllərini də qaldırardı» ( Əhməd və Əbu Davud. Səhih hədisdir). Bundan sonra «sol dizini qatlayıb onun üstündə oturardı və rahatlanardı» ( əl-Buxarı, Əbu Davud, Müslim, Əbu Uvanə, «əl-İrva», səh.316. Səhih hədisdir). Bunu « namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Səcdə etsən, onu tam icra et, qalxıb otursan, sol budun üstə otur» (Əbu Davud və Əhməd. Yaxşı istinadlı hədisdir). «Sağ ayağını dik qoyardı» ( əl-Buxarı və Beyhəqi). «Barmaqlarını qibləyə yönəldərdi» ( ən-Nəsai. Səhih hədisdir). İKİ SƏCDƏ ARASI OTURMA «Bəzən diz üstə oturardı; ayağının pəncələrini və dizə qədər hissəsini yerə düz qoyardı» ( Müslim, Əbu Uvanə və Əbu Şeyxin «Əbu Zubeyrin Cabirdən rəvayət etdikləri» əsərində 104/106 saylı hədis, əl-Beyhəqi). İKİ SƏCDƏ ARASINDA RAHATLIĞIN VACİBLİYİ «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- iki səcdə arasında bədəninin hər bir üzvü öz yerini alana qədər istirahət edərdi» ( Əbu Davud və əl-Beyhəqi. Səhih hədisdir). « Namazı düzgün qılmayan»a bunu əmr edərək demişdir: «Bunu etməyənin namazı tamamlanmaz» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Rahatlanmanı təqribən «səcdə qədər uzadardı» (əl-Buxarı və Müslim). Bəzən «onu o qədər uzadardı ki, elə bilirdilər ki, (namazı) unudubdur» (əl-Buxarı və Müslim). SƏCDƏLƏRARASI ZİKRLƏR |
|
|
![]() |
![]() |