![]() |
![]() |
|
VİTRDƏ QUNUTPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- hərdən vitr rükətində qunut tutardı. Bunu rükudan əvvəl edərdi (İbn Nasr və əd-Dəraqutni. Səhih hədisdir). Bəzən isə bunu rükudan əvvəl edərdi (İbn Əbi Şeybə (2/41/1), Əbu Davud, ən-Nəsai, Əhməd, ət-Təbərani, əl-Beyhəqi və İbn Asəakir. Səhih hədisdir). Həsən bin Əli – radıyallahu anhu- öyrədir ki vitri qurtarandan sonra deyərdi: «Allahummə-h-dini fimən hədeytə, va afini fimən afeytə, va təvalləni fimən təvalleytə, va bərik li fimə ə,teytə, va qıni şərri mə qadeytə, fə innəkə təqdı va lə yuqda aleykə, innəhu lə yəzillu mən valeytə, (va lə yə,izzu mən adeytə ) təbəraktə rabbanə va tə,aleytə” ( Allahım! Mənə də hidayət ver, necə ki başqalarına hidayət vermisən, bütün pisliklərdən xilas et, necə ki başqalarını xilas etmisən, mənə qayğı göstər, necə ki başqalarına Qayğıkeşsən. Verdiyini mənim üçün bərəkətli et. Sənin qərarının şərindən sənə sığınıram. Şübhəsiz, yalnız Sən hökm verənsən və hökm edilməzsən. Kimi dost etsən, o hörmətdən düşməz ( Kimi düşmən etsən, o əsla bəyənilməz). Mübarəksən Rəbbimiz və Ucasan! (İbn Xuzeymə (1/119/2) və İbn Əbi Şeybə). SONUNCU TƏŞƏHHÜDÜN VACİBLİYİ |
|
|
![]() |
![]() |