![]() |
![]() |
|
SONUNCU TƏŞƏHHÜDÜN VACİBLİYİDördüncü rükəti bitirəndən sonra Peyğəmbər- səllallahu aleyhi və alihi və səlləm- sonuncu təşəhhüd üçün oturardı. Birincidə etdiklərini burada da edərdi, birincidə vacib bildiklərini burada da vacib bilərdi. Lakin təvərruk oturuşu edərdi, yəni sol budu üstündə oturardı ( əl-Buxarı), sol ayağını sağ budunun altından keçirərdi. Əllərinin ovuc içini dizin üstünə qoyardı. Sol əlini buduna dayayaraq ona söykənərdi ( Müslim və Əbu Uvanə). Birinci təşəhhüddə olduğu kimi, bunda da Peyğəmbərə- səllallahu aleyhi və alihi və səlləm – salavat demək sünnəyə uyğundur. Onların formalarını yuxarıda göstərmişik. PEYĞƏMBƏRƏ SALAVAT DEMƏYİN VACİBLİYİ |
|
|
![]() |
![]() |