![]() |
![]() |
|
BEŞ NAMAZDA VƏ BAŞQA NAMAZLARDA UCA VƏ SAKİT SƏSLƏ QİRAƏTPeyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- sübh namazını, məqrib və işa namazlarının ilk rükətini uca səslə, zöhr və əcr namazlarını və məğrib namazının üçüncü və işa namazının sonuncu iki rükətini sakit səslə qılardı» (ən-Nəvai keçmiş və sonrakı alimlərin bu məsələdə yekdil olduqlarını demişdir). Namaza duranlar onun saqqalının tərpənməsi ilə sakit səslə qiraət etdiyini hiss edirdilər (əl-Buxarı və Əbu Davud) və bəzən də o, ayəni onlara eşitdirmək üçün bərkdən oxuyardı. «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- cümə, iki bayram ( orucluq və qurban – Z.Q.), yağış yağması və günəş tutulması namazlarını uca səslə qiraət edərdi» (əl-Buxarı, Müslim və Əbu Davud). GECƏ NAMAZINDA UCA VƏ SAKİT SƏSLƏ QİRAƏT«Gecə namazında Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən sakit, bəzən isə uca səslə qiraət edərdi» ( əl-Buxarı və Müslim). «Əgər evdə namaz vaxtı qiraət etsəydi, otaqda olanlar onun səsini eşidərdilər» (Əbu Davud və ət-Tirmizi). «Bəzən səsini elə qaldırardı ki, hətta bayırda olanlar da onu eşidərdilər». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bir dəfə gecə vaxtı Əbu Bəkrin – radıyallahu anhu- yanına gəldi və onun sakit səslə, Ömər bin əl-Xəttabın – radıyallahu anhu- evinə gələndə isə onun uca səslə namaz qıldığını gördü. Onlar Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – yanına toplaşdıqda dedi: «Ya Əbu Bəkr! Yanına gəldim ki, sakit səslə namaz qılırsan». Əbu Bəkr dedi: « Mən münacam etdiyimi eşitdirirdim, Ya Rəsulullah!» Bundan sonra Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- üzünü Ömərə tutub dedi: «Sənin yanına gəldim, uca səslə namaz qılıdığını gördüm». Ömər cavab verdi: «Ya Rəsulullah! Mən mürgünün qarşısını alırdım, şeytanı qovdum». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Əbu Bəkrə «sən səsini bir qədər qaldır», Ömərə isə «səsini bir az aşağı sal» dedi» ( Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). O həmçinin demişdir: «Quranı uca səslə oxuyan aşkarda sədəqə verən kimidir. Sakit səslə Quran oxuyan isə gizlincə sədəqə verən kimidir» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). PEYĞƏMBƏRİN (s.a.v.) NAMAZDA OXUDUQLARI |
|
|
![]() |
![]() |