![]() |
![]() |
|
PEYĞƏMBƏRİN (s.a.v.) NAMAZDA OXUDUQLARIPeyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- beş namazın hər birində ayrıca ayə və ya surə oxuyardı. Aşağıda birincidən hər namaz barədə ayrılıqda müfəssəl danışacağıq: 1 – SÜBH ( FƏCR ) NAMAZI Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- çox zaman Quranın son yeddi uzun surəsini ( « Qaf»dan başlayaraq) oxuyardı. Bəzən də «əl-Vaqiə» ni (56:49) və bu növ surələri iki rukətdə oxuyardı ( Əhməd, İbn Xuzeymə və əl-Hakim. Səhih hədisdir). Bəzən isə «Qaf. Val-Quranul – məcid» (50:45) və başqa bu kimi surələri birinci iki rıkətdə oxuyardı (əl-Buxarı və Müslim). Həmçinin qısa surələri (məsələn, «ət-Təkvir») oxuyardı (Müslim və Əbu Davud). Bir dəfə iki rükətdə bütövlükdə « əz-Zilzal»ı ( 99:8) oxudu. Hətta rəvayətçi təəccüblə demişdir: « Bilmirəm, Rəsulullah buna unudaraq və ya bilərəkdən yol verdi» ( Əbu Davub və əl-Beyhəqi. Səhih hədisdir). «Bir dəfə səfərdə «əl-Fələq» (113:5) və «ən-Nas» (114:6) surələrini oxumuşdur» (Əbu Davud, İbn Xuzeymə, İbn Bişran, İbn Əbu Şeybə və əl-Hakim. Səhih hədisdir). Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Uqbə bin Amirə – radıyallahu anhu- demişdir: «Öz namazında iki sığınacaq dilə. Dilədiyin bir sığınacaq hər ikisi kimidir» (Əbu Davud və Əhməd. Səhih hədisdir). «Bəzən bundan qat-qat artıq sayda ayə oxuyardı. Belə ki, altmış və daha çox sayda ayə oxuyardı» ( əl-Buxarı və Müslim). Bəzi rəvayətçilər demişlər: «Bilmirik bunu o, iki rükətin birində, yoxsa hər ikisində edərdi». Bəzən «ər-Rum» (30:60), bəzən isə «Yasin» (36:83) surələrini oxuyardı (ən-Nəsai, Əhməd və əl-Bəzzar. Etibarlı və səhih hədisdir). Bir dəfə « sübh namazını Məkkədə qıldı. Namazı «əl- Muminun» (23:118) surəsi ilə açdı, Musanı, Harunu və ya İsanı xatırlatdı. Onu öskürək tutdu və rükəti bitirdi» (əl-Buxarı və Müslim). «Bəzən imamlıq edəndə «əs-Saffat» (37:182) surəsini oxuyardı» ( Əhməd, Əbu Yəla və əl-Məqsidi). «Cümə günü namaz qılanda «əs-Səcdə» (32:30) surəsini birinci, «əl-İnsan» («əd_Dəhr») (76:31) surəsini isə ikinci rükətdə oxuyardı. Birinci rükətdə qiraəti uzadar, ikincidə isə qısaldardı» ( əl-Buxarı və Müslim). FƏCRİN SÜNNƏ NAMAZINDA QİRAƏT Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Sübh (fəcr) sünnə namazının iki rükətində qiraətini çox yüngülləşdirərdi. (Əhməd. Səhih hədisdir). Hətta Aişə deyərmiş: «Görəsən,o, Kitabın anasını («əl-Fatihə»ni) oxudu?» (əl-Buxarı və Müslim). Bəzən birinci rükətdə: «Qulu əmənnə billəhi və mə unzilə ileynə…” («əl-Bəqərə», 136) –dan başlayaraq ayəni axıra qədər oxuyardı. Başqa bir ayəni: «Qul yə əhlil kitəbi təalu ilə kəlimətin səvain bəynənə va bəynəkum…” («Ali İmran», 64) –dan başlayıb axıra çatdırardı» (Müslim, İbn Xuzeymə və əl-Hakim). Bunun əvəzinə: «Fələmmə əhassə İsə minhum əl-kufra…” («Ali İmran», 52) –dan başlayaraq ayəni axıra qədər oxuyardı» (Müslim və Əbu Davud). Bəzən birinci rükətdə «Qul yə əyyəhəl kəfirun» (109:6) və ikincidə «Qul huvalladu əhəd» (112:4) surələrini oxuyar (Müslim və Əbu Davud). Bir dəfə bir nəfərin birinci surəni (109:6) birinci rükətdə oxuduğunu eşidəndə demişdi: «Bu bəndə öz Rəbbinə inandı». Həmin adam ikinci rükətdə ikinci surəni (112:4) oxuduqda isə «Bu bəndə öz Rəbbini tanıdı» demişdir (ət-Təhavi, İbn Hibban, İbn Bişran və əl-Hafiz. Etibarlı hədisdir). 2 – ZÖHR NAMAZI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinci iki rükətdə «əl-Fatihə»ni və başqa iki - birincidə uzun, ikincidə isə qısa surə oxuyardı (əl-Buxarı və Müslim). Bəzən zöhr namazını uzadardı. O qədər uzadardı ki, iqamə verildikdən sonra biri Bəqiə gedib işini görüb evinə qayıdar, sonra dəstəmaz alaraq məscidə gələrdi. Bu vaxt Rəsulullah – səllallahu aleyhi və alihi və səlləm – hələ birinci rükətdə olardı» (əl-Buxarı və Müslim). Elə zənn edirdilər ki, Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bununla istəyir ki, insanlar birinci rükətə çatsınlar» (Əbu Davud və İbn Xuzeymə. Səhih hədisdir). «Hər bir əvvəlki iki rükətdə «əs-Səcdə (32:30) «əl-Fatihə» ilə birlikdə oxunan qədər 30 ayə oxuyardı» (Əhməd və Müslim). «Bəzən isə «Vəs-Səma vat-Tariq» (86:17) və «Vəs-Səma zatil-büruc» (85:22) və «Vəl-Leyli izə yəqşə» (92:21) və bu kimi surələri oxuyardı» (Əbu Davud, ət-Tirmizi və İbn Xuzeymə. Səhih hədisdir). «Bəzən də «İzəs-səma inşəqqat» (84:25) kimi surələri oxuyardı» (İbn Xuzeymə. Səhih hədisdir). «Onun zöhr və əcr namazlarında qiraət etdiyini adamlar saqqalının tərpənməsi ilə hiss edərdilər» (əl-Buxarı və Əbu Davud). PEYĞƏMBƏRİN (s.a.v.) SON İKİ RÜKƏTDƏ ƏL-FATİHƏDƏN SONRA OXUDUĞU AYƏLƏR «Son iki rükəti birinci iki rükətdən yarıya qədər, on beş ayəyə qədər qısaldardı» (Əhməd və Müslim). «Bəzən hətta yalnız bir «əl-Fatihə» ilə kifayətlənərdi» (əl-Buxarı və Müslim). «Bəzən ayəni (bərkdən oxuyub) onlara eşitdirərdi» (əl-Buxarı və Müslim). «Onun «Səhhib ismi Rabbikəl-əla» (87:19) və «Həl ətəkə hədisul-Faşiyə» (88:26) surələrinin oxumasını eşidərdilər» (İbn Xuzeymə «Səhih 1/67/2 və əz-Ziya əl-Məqdisi «əl-Muxtarə». Səhih istinadı vardır). «Bəzən də «Vəs-Səma zatil-büruc» (85:22), «Vəs-Səma vət-Tariq» (86:17) və başqa bu kimi surələri oxuyardı» (əl-Buxarı «Cuzul-qiraəti» və ət-Tirmizi. Səhih hədisdir). «Bəzənsə «Vəl-leyli izə yəqşə» (92:21) və başqa bu kimi surələri oxuyardı» (Müslim və ət-Təyalisi). 3 – ƏSR NAMAZI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinci iki rükətdə «əl-Fatihə»ni və birinci ikincidən daha uzun olmaqla iki (hər rükətdə bir) surə oxuyardı» (əl-Buxarı və Müslim). «Elə zənn edirdilər ki, insanların birinci rükətə çatması üçün o, belə edir» (Əbu Davud. Səhih istinadla və İbn Xuzeymə). «Onların hər birində on beş ayə qədər oxuyardı, bu zöhrün birinci iki rükətində oxunanın yarısı qədər idi». «Son iki rükəti birinci ikisindən yarıya qədər qısa oxuyardı» (Əhməd və Müslim). «Bu namazda «əl-Fatihə»ni oxuyardı» (əl-Buxarı və Müslim). «Bəzən də ayəni bərkdən oxuyub namaz qılanlara eşitdirərdi» (əl-Buxarı və Müslim). Zöhr namazında adını çəkdiyimiz surələri də bu namazda oxuyardı. 4 – MƏĞRİB NAMAZI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən qısa surələri oxuyardı» (əl-Buxarı və Müslim). Hətta « onunla birgə namaz qılanlardan biri salam verdikdən (namaz bitdikdən) sonra dönüb baxarsa, oxları qoyduğu yeri görərdi» (ən-Nəsai və Əhməd. Səhih hədisdir). «Səfərdə «Vət-tini vəz-zeytun» (95:8) surəsini ikinci rükətdə oxuyardı» (ət-Təyalisi və Əhməd. Səhih hədisdir). «Bəzən də uzun və orta surələri oxuyardı. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazın axırında bəzi vaxtlar «Əlləzinə kəfəru və saddu ən səbil-illəhi» (47:38) – (İbn Xuzeymə 1/166/2, ət-Təbərani və əl-Məqdisi. Səhih hədisdir), bəzən «ət-Tur» (52:49) – (əl-Buxarı və Müslim) və bəzən də «əl-Mursəlat» (77:50) surələrini oxuyardı» (əl-Buxarı və Müslim). «Bəzən də iki ən uzun surənin biri olan «əl-Əraf» (7:206) surəsini iki rükətdə oxuyardı» (əl-Buxarı, Əbu Davud, İbn Xuzeymə (1/68/1), Əhməd, əs-Sərrac və əl-Müxlis). «Bəzən isə iki rükətdə «əl-Ənfal» (8:76) surəsini oxuyardı» (ət-Təbərani «əl-Kəbir». Səhih hədisdir). MƏĞRİBİN SÜNNƏ NAMAZINDA QİRAƏT «Məğrib sünnə namazında «Qul yə əyyuhəl kəfirun» (109:6) və «Qul huvallahu əhəd» (112:4) surələrini oxuyardı». 5 – İŞA NAMAZI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinci iki rükətdə orta həcmli surələri oxuyardı» (ən-Nəsai və Əhməd. Səhih hədisdir). Bəzən «Vəş-şəmsi vəd –duhahə» (91:15) və ona oxşar surələri oxuyardı». (Əhməd və ət-Tirmizi. Etibarlı hədisdir). «Bəzən də «İzəs-Səməu inşəqqat» (84:25) surəsini oxuyub onunla da səcdə edərdi» (əl-Buxarı, Müslim və ən-Nəsai). «Bir dəfə səfər vaxtı «Vət-tini vəz-Zeytun» (95:8) surəsini birinci rükətdə oxudu» (əl-Buxarı, Müslim və ən-Nəsai). Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- şam (fərz) namazını uzatmağı yasaq etmişdir. «Bir dəfə Muaz bin Cəbəl öz adamları ilə birlikdə axşam namazı qılırmış. O, namazı çox uzadır. Namaz qılanlardan biri namazdan çıxaraq ayrıca qılır. Muaza bu haqda xəbər verilir. Muaz onu münafiq (ikiüzlü) adlandırır. Kişi Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- yanına gedib Muazın dediklərini ona çatdırır. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: «Muaz, məgər sən fitnəkarsanmı? Əgər imamlıq etsən, onda yalnız «Vəş-Şəmsi vəd-Duhahə» (91:15), «Səbbih ismi Rabbikə əla» (87:19), «İqra bismi Rabbikəl-ləzi xaləq» (96:19) və «Vəl-Leyli izə yəqşə» (92:21) surələrini oxuyarsan. Unutma ki, sənin arxanda yaşlı, xəstə və ehtiyacı olanlar namaz qılırlar» (əl-Buxarı, Müslim və ən-Nəsai «əl-Ərva».295). 6 – GECƏ NAMAZI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən qiraəti qısaldar, bəzən də uzadardı, bəzən hətta çox uzadarmış. Abdullah bin Məsud –radıyallahu anhu- bu barədə demişdir: « Bir gecə Peyğəmbərlə – səllallahu aleyhi və alihi və səlləm- namaz qılırdım. O qədər ayaq üstə durdu ki, hətta ağlıma pis bir fikir gəldi. Soruşdular: «Nə pis fikir?» Dedi: « Peyğəmbəri- səlləllahu aleyhi və alihi və səlləm- ayaq üstə qoyaraq mən oturmaq istədim. Hüzeyfə bin əl-Yəmən demişdir: «Bir gecə Peyğəmbərlə – səllallahu aleyhi və alihi və səlləm- namaz qılırdım. O, namaz vaxtı «əl-Bəqərə»ni başlayanda öz-özümə dedim ki, yəqin ki, iki rükətlə kifayətlənəcək. Lakin belə olmadı. Yenə öz-özümə dedim ki, yəqin bu surə ilə rüku edəcəkdir. O isə «ən-Nisa»nı başladı, onu qiraət edib «Ali-İmran»a keçdi, onu da oxudu. O, ayələri aramla oxuyurdu. Əgər bir ayədə təsbih (Allaha tərif) vardısa təsbih edərdi, bir dilək olurdusa onu dilərdi, qorunacaq şey zikr olunurdusa onun qorumasını diləyərdi, yalnız bundan sonra rüku etdi…» (Müslim və ən-Nəsai). «Bir dəfə gecə namazında yeddi uzun surəni oxudu» (Əbu Yəla, əl-Hakim, əz-Zəhəbi bu hədisin səhih olduğunu sübut etmişdir). «Bəzən hər rükətdə bu surələrdən (uzun surələr) birini oxuyardı» (Əbu Davud, və ən-Nəsai. Səhih istinadlı hədis). Onun bir gecədə bütöv Quranı oxuması haqda dəlil bilinmir. Əksinə, bu barədə ondan soruşan Abdullah bin Amra razılıq verməyərək demişdir: «Quranı hər ay oxu». Abdullah bin Amr deyəndə ki, mən bunu asanlıqla edirəm, onda demişdir: «Onda onu iyirmi günə oxu». Abdullah bin Amr yenə də bildirmişdir ki, bunu asanlıqla edər. O son olaraq deyir: «Quranı yeddi gün ərzində oxu, daha bundan da tez olmaz» (əl-Buxarı və Müslim). «Sonradan ona beş günə oxumaq icazəsini verdi» (ən-Nəsai və ət-Tirmizi. Səhih hədisdir). «Daha sonra ona üç günə oxumaq icazəsini verdi» (əl-Buxarı və Əhməd). «Bu müddətdən az vaxtda oxumağı qadağan etmişdi» (əd-Darimi və Səid bin Məsud, «Sünən» əsəri. Səhih hədisdir). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- özünün bu qadağasını Abdullah bin Amra dediyi bu sözlərlə əsaslandırmışdır: «Quranı üç gündən az bir müddətə oxuyub qurtaran onu başa düşə bilməz» (Əhməd. Səhih istinadlı hədisdir). Başqa ləfzdə deyilir: Kim Quranı üç gündən tez vaxtda oxusa, onu başa düşə bilməz» (əd-Darimi və ət-Tirmizi. Səhih hədisdir). O həmçinin demişdir: «Hər bir bəndənin bir həvəs dövrü vardır. O da ya Sünnə üçün, ya da bidət üçün olur. Kimin həvəs dövrü sünnədədir o artıq haqq yolunu tapmışdır, kimin həvəs dövru bidətdədir o da artıq həlak olmuşdur» (Əhməd və İbn Hibban. «Səhih» əsərində). «Buna görə də Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Quranı üç gündən tez oxumazdı» (İbn Səd 1/386, Əbu əş-Şeyx «Əxlaqun- Nəbi» 271). Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- deyərdi: « Bir gecəyə namazda iki yüz ayə oxuyanlar ən sədaqətli möminlərdəndir» ( əd-Darimi, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). «Hər gecə «əl-İsra» (17:111) və «əz-Zumər» (39:75) surələrini oxuyardı» (Əhməd və İbn Nasr. Səhih hədisdir). O deyərmiş: «Bir gecə namazından yüz ayə oxuyan şəxs qafillər sırasına düşməz» ( əd-Darimi, əz-Zəhəbi və əl-Hakim. Səhih hədisdir). «Bəzən hər rükətdə əlli və daha artıq ayə oxuyardı» (əl-Buxarı və Əbu Davud) və bəzən də «əl-Muzzəmmil» (73:20) surəsi qədər oxuyardı» (Əhməd və Əbu Davud. Səhih hədisdir). «Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- nadir hallarda bütün gecəni bütövlükdə namaza sərf edərdi» ( Müslim və Əbu Davud). «Abdullah bin Xəbbab bin əl-Ərt Rəsulullahla – səllallahu aleyhi və alihi və səlləm- birlikdə ayı gördülər. Həmən gecəni Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bütünlüklə namaza həsr etdi. Sübh açılanda namazını bitirdi. İbn Xəbbab ona deyir: «Ya Rəsulullah! Atam-anam sənə qurban. Sən bütün gecəni namaz qıldın. Men belə etdiyini heç görməmişdim». O belə cavab verir: « Bəli, bu rəğbət və qorxu namazıdır. Mən Qüdrət və Cəlal sahibi olan Rəbbimə üç istəklə müraciət etdim. O mənə ikisini verdi, birinə isə razı olmadı. Rəbbimdən istədim ki, bizi də bizdən qabaqkı millətlər kimi həlak etməsin. Buna razı oldu. Qüdrət və Cəlal sahibi olan Rəbbimdən düşmənlərimizə bizim üzərimizdə zəfər çalmağa imkan verməməyi rica etdim. Buna da razı oldu. Rəbbimdən bizi ayrı-ayrı dəstələrə parçalamamağı və aramızda təfriqə yaratmamağı istədim. Buna razı olmadı» (ən-Nəsai, Əhməd və ət-Təbərani (1/187/2) və ət-Tirmizi. Səhih hədisdir). «Bir gecə o, Sübhə qədər namaz qılaraq «Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!” (əl-Maidə,118) ayəsini təkrar etmişdir. Bu ayə ilə o rüku, səcdə və dua edirdi». Sübh açılanda Əbu Zər – radıyallahu anhu- ondan soruşur: «Ya Rəsulullah! Bu ayəni səhərə qədər oxudun, onunla rüku, səcdə və dua etdin. Allah sənə bütün Quranı öyrətmişdir. Əgər biz belə etmiş olsaq, bizə irad tytarsanmı?» Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: «Mən öz Qüdrət və Cəlal sahibi olan Rəbbimdən ümmətimə şəfaət (vasitəçilik) dilədim. Ona razı oldu. Allaha şərik qoşmayan inşallah buna ( şəfaətimə) nail olacaq» ( ən-Nəsai, İbn Xuzəymə ( 1/70/1), Əhməd, İbn Nasr və əl-Hakim, əz-Zəhəbi onun səhih hədis olduğunu sübut etmişdir). «Bir nəfər deyir: «Ya Rəsulullah! Mənim bir qonşum var. Hər gecə durur və yalnız «Qul huvallahu əhəd» (112:4) – De ki, Allah təkdir» surəsini təkrarlayır, dəfələrlə oxuyur. Sanki, bu adam bunu az (bir) əməl kimi görürdü». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyir: «Allaha and olsun! Bu (surə) Quranın üçdə birinə bərabərdir» (Əhməd və əl-Buxarı). 7 – VİTR NAMAZI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bu namaz vaxtı birinci rükətdə «Səbbih ismə Rabbikəl-əla» (87:19), ikincidə !Qul yə əyyəhəl kəfirun» (109:6), üçüncüdə «Qul huvallahu əhəd» (112:4) surələrini oxuyardı» (ən-Nəsai və Əhməd). «Bəzən onlara «əl-Fələq» (113:5) və «ən-Nas» (114:6) surələrini də əlavə edirdi» (ət-Tirmizi, Əbul Abbas əl-Əsəm «Hədis» əsəri 2-ci cild. 17 saylı hədis. Əl-Hakim və əz-Zəhəbi bunun səhih olduğunu sübut etmişlər). «Bir dəfə üçüncü rükətdə «ən-Nisa» surəsindən (4:176) yüz ayə oxudu» (ən-Nəsai və Əhməd. Səhih hədisdir). Vitrdən sonrakı rükətlərdə isə «əz-Zilzal» (99:8) və «əl-Kafirun» (109:6) surələrini oxuyardı (Əhməd, İbn Nasr, ət-Təhavi (1/2/202), İbn Xuzeymə və ibn Hibban. Etibarlı və səhih istinadlı hədisdir). 8 – CÜMƏ NAMAZI Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- cümə namazında bəzən rükətdə «əl-Cumuə» (62:11), o birisində isə «əl-Munafiqun» surələrini oxuyardı. Bəzən də bunun əvəzində «əl-Faşiyə» (88:26) surələrini oxuyardı (Müslim və Əbu Davud). 9 – BAYRAM NAMAZLARI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən birinci rükətdə «əl-Əla», o birində isə «əl-Faşiyə» surələrini oxuyardı» (Müslim və Əbu Davud). Bəzən də bu namazlarda «Qaf. Val Quranil Məcid» (50:45) və «İqtərabətis-saətu» (54:55) surələrini oxuyardı (Müslim və Əbu Davud). 10 – CƏNAZƏ NAMAZI Bu namazda «əl-Fatihə»nin və başqa bir surənin oxunması və birinci təkbirdən sonra sakit səslə qiraət Sünnəyə uyğundur. (ən-Nəsai və ət-Təhavi. Səhih hədisdir). AVAZLA QİRAƏT VƏ ONUNLA SƏSİN GÖZƏLLƏŞDİRİLMƏSİ |
|
|
![]() |
![]() |