![]() |
![]() |
|
SƏCDƏ ZİKRLƏRİBu rükuda Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- müxtəlif zikrlər və dualar oxuyardı: 1 «Subhanə rabbiyə-l-a,lə” (Ən Uca Rəbbim pak və nöqsansızdır) – üç dəfə ( Əhməd, Əbu Davud, İbn Macə, əd-Dəraqutni, ət-Təhavi, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Bəzən bunu üç dəfədən də artıq təkrar edərdi. ( İbn Xuzeymə ( 1/80/2), əl-Məqdisi «əl-Muxtarə», əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Bir dəfə gecə namazında bunu o qədər təkrar etdi ki, səcdəsi təqribən qiyama qədər çəkdi. Bu zaman o, üç uzun surə (« əl-Bəqərə», «ən-Nisa» və «Ali –İmran») oxudu. «Gecə namazı» fəslində dediyimiz kimi, bütün bunlarla bərabər dua və istiğfar da etdi. 2 «Sübhanə rabbiyə-l-a,lə va bihəmdihi” ( Ən Uca olan və pak və nöqsansız Rəbbimə həmd ilə ) – üç dəfə (Səhihdir. Əbu Davud, əd-Dəraqutni, Əhməd, ət-Təbərani və əl-Beyhəqinin rəvayətidir). 3 «Subbuhun, quddusun, rabbu-l-mələ,ikəti va-r-ruh” ( Çox təsbih olunan və çox Müqəddəs olan, mələklərin və Ruhun (Cəbrayılın) Rəbbi!) – üç dəfə ( Müslim və Əbu Davud). 4 «Subhanəkə-l-lahummə rabbənə va bihəmdikə. Allahummə-ğfirli” (Rəbbimiz olan Allahım! Həmd Sənə məxsusdur və Sən pak və nöqsansızsan. Allahım məni bağışla). Bu sözlərlə rüku və səcdəni uzadardı və Qurandan zikr edərdi (əl-Buxarı və Müslim). 5 «Allahummə ləkə səcədtu və bikə əməntu, və ləkə əsləmtu, səcədə vachiyə lilləzi xaləqahu, va savvarahu, va şəqqa səm,ahu va basarahu, təbərakə-l-llahu əhsənu-l-xaliqin” (Allahım! Sənə səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum. Sən mənim Rəbbimsən. Sifətim onu xəlq Edənə, ona quruluş Verənə və əlavə olaraq, eşitmək və görmək bəxş edən Allaha səcdə etdi. Yaradanların ən gözəli Allah mübarəkdir) ( Müslim, Əbu Uvanə, ət-Təhavi və əd-Dəraqutni). 6 «Allahummə-ğfirli zənbi kulləhu, diqqahu va cilləhu, va avvaləhu va axirahu va alə niyətəhu va sirrahu” ( Allahım! Günahlarımın hamısını – kiçiyini və böyüyünü, ilkini və sonuncusunu, gizlinini və aşkarını bağışla) (Müslim və Əbu Uvanə). 7 «Səcədə ləkə səvadi va xəyali, va əmənə bikə fuadi. Əbu-u bini,mətikə aleyyə həzzihi yədəyyə, və mə cənnəbtu alə nəfsi” ( Sənə gerçəklikdə də, xəyalda da səcdədəyəm. Qəlbimdə Sənə iman gətirdi. Mənə bəxş etdiyin nemətlərlə bəhrələndim) (İbn Nasr, əl-Bəzzar, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). 8 «Subhanə zi-l-cəbəruti, va-l-mələkuti, va-l-kibriyə,i, va-l-azaməti” ( Qüdrət, hökmranlıq, böyüklük və əzəmət Sahibi olan Allahım pak və nöqsansızdır!) ( Əbu Davud və ən-Nəsai. Səhih hədisdir). Bu və sonrakı zikrləri gecə namazında oxuyardı: 9 «Subhanəkə-l-lahummə rabbənə va bihəmdikə. Lə iləhə illə əntə” ( Rəbbimiz olan Allahım! Həmd Sənə məxsusdur və Sən pak və nöqsansızsan. Səndən başqa ibadətə layiq ilah yoxdur) ( Müslim, Əbu Uvanə, ən- Nəsai və İbn Nasr). 10 «Allahummə-ğfirli mə əsrartu və mə ə,aləntu” ( Allahım! Gizli və aşkar günahlarımı bağışla) ( İbn Əbu Şeybə ( 62/112/1), ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). 11 «Allahummə-c,al fi qalbi nuran, va fi lisəni nuran, va fi səm,i nuran, va fi basarı nuran, va min fauqi nuran, va min təhti nuran, va an yəmini nuran va an şiməli nuran, va min əməmi nuran, va min xəlfi nuran, va-c,al fi nəfsi nuran, va a,zım li nuran” (Allahım! Qəlbimi və dilimi, qulaqlarımı və gözlərimi nurlandır, altımı və üstümü, sağımı və solumu, önümü və arxamı nura bürü. Nəfsimi də nurlu et və mənə böyük nur ver) ( Müslim, Əbu Uvanə, İbn Əbu Şeybə «əl-Müsnəf» ( 12/106/2) və 112/1). 12 «Allahummə inni ə,uzu birıdakə min səxatıkə va bimu,afətikə min uqubətikə və ə,uzu bikə minkə, lə uhsı sənə,ən aleykə əntə kəmə əsneytə alə nəfsikə” (Allahım! Məndən razı qalmaq üçün Sənin qəzəbindən, bağışlanmaq üçün Sənin cəzandan və Səndən Sənə sığınıram. Sənə olan həmd- sənaların sonu yoxdur, Sənin Özün Özünə etdiyin həmd-sənaları mən sadalamağa qadir deyiləm) ( 11-ci zikrin mənbələri ilə eynidir). SƏCDƏ VAXTI QURAN OXUMAĞIN YASAQ EDİLMƏSİ Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm - rükuda olduğu kimi, səcdədə də Quran oxumasını yasaq edərək bu rükndə dua və zikri artırmağı əmr etmişdir. Bu barədə «Rüku» fəslində danışmışıq. O deyərdi: «Bəndə öz Rəbbinə ən çox səcdə vaxtı yaxınlaşır. Səcdədə duanı çox edin» ( Müslim, əbu Uvanə və əl-Beyhəqi, «əl-İrva», səh. 456). SƏCDƏNİN UZADILMASI |
|
|
![]() |
![]() |