![]() |
![]() |
|
SƏCDƏNİN UZADILMASIPeyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- səcdəsi öz müddəti etibarı ilə rükiyə yaxın idi. Bir əshabənin aşağıdakı rəvayətindən göründüyü kimi müəyyən səbəblər üzündən hətta səcdəni daha çox uzadarmış: «Namazlarının birində (Zöhr və ya Əsr) Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- qucağında Həsən və yaxud Hüseyn namaza gəldi. Peyğəmbər – səllallahu aeyhi və alihi və səlləm- irəli çıxıb uşağı sağ tərəfdə yerə qoydu. Təkbir edib namaza durdu. Namaz vaxtı səcdə etdi, lakin səcdəsi çox uzandı. Başımı qaldırıb gördüm ki, Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- səcdədədir, uşaq isə onun belində oturmuşdur. Yenə səcdəyə qayıtdım. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazı tamamladıqdan sonra soruşdular: «Ya Rəsulullah! Sən namaz vaxtı səcdəni o qədər uzatdın ki, biz elə bildik bir iş baş verib, ya da sənə vəhy gəlir». O dedi: « Heç nə olmayıb. Amma oğlum məni minmişdi. Uşağı özüm düşürtmədim ki, qoy işində olsun» ( ən-Nəsai, İbn Asəakir ( 4/257/1-2), əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Başqa hədisdə deyilir: « Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namaz vaxtı səcdə edəndə Həsən və Hüseyn hoppanıb onun belinə minirlər. Onları düşürmək istəyəndə işarə ilə bildirdi ki, mane olmayaq. Namazı bitirdikdən sonra onları öz qucağında otuzdurub dedi: «Məni istəyən adam bunları da istəməlidir» (İbn Xuzeymə, «Səhih» (887), İbn Məsud və əl-Beyhəqiyə istinadən verilən etibarlı hədisdir). SƏCDƏNİN ÜSTÜNLÜYÜ |
|
|
![]() |
![]() |