![]() |
![]() |
|
SƏCDƏ YERİNƏ BAXMAQ VƏ İTAƏTPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- « namaz qılanda başını aşağı salardı və nəzərlərini yerə dikərdi və Kəbəyə girəndən çıxana kimi nəzərlərini səcdə yerindən ayırmazdı» (əl-Beyhəqi, əl-Hakim və İbn Asəkir. Səhih hədisdir). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: « Evdə namaz qılanın fikrini yayındıar biləcək heç nə olmamalıdır» (Əbu Davud və Əhməd. Səhih hədisdir). «O namaz vaxtı nəzərlərini göyə dikməyi qadağan edirdi» (əl-Buxarı bə Əbu Davud). Bu qadağanı təkidlə deyərdi: « Namazda səmaya baxan qövmlər həlak ola bilərlər ya da kor olarlar. Adamlar namaz vaxtı nəzərlərini göyə çevirməməli, gözlərini yummalıdırlar» ( əl-Buxarı, Müslim və əs-Sərrac). Başqa bir hədisdə deyilir: « Namaz qılanda kənara baxmayın. Allah təala namaz vaxtı ətrafa baxmayana qədər ibadət edənin düz üzünə baxır» ( ət-Tirmizi və əl-Hakim. Səhih hədisdir). Bu barədə başqa hədisdə deylir: « Bununla da şeytan bəndənin namazından ( savabından) oğurlayır» (əl-Buxarı və Əbu Davud). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: « Allah namaz vaxtı bəndəsinin qarşısında durar. Əgər namaz qılan üzünü çevirib yayınsa Allah da onu tərk edər» (Əbu Davud, İbn Xuzeymə və i.a. Səhih hədisdir). O, üç şeyi qadağan etmişdir: (Namazda) xoruz kimi dənləməyi, it kimi çömbəlməyi və tülkü kimi ətrafa boylanmağı» (Əhməd və Əbu Yəla. Səhih hədisdir). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – demişdir: « Namaz qılanda sanki son namazı qılır kimi namaz qıl, elə bil ki, sən Onu görürsən, ya da O səni görür» (ət-Təbərani, ər-Ruyani, əz-Ziya, İbn Məcə, Əhməd, İbn Asəakir və əl-Heytəmi. Səhih hədisdir). O, həmçinin demişdir: « Hər kəs vacib namaza hazırlaşır. Onun dəstəmaz alması, müti olması, rükusu ehsan sayılır, böyük günahlarından başqa kəffarəsidir ( bağışlanmasıdır). Bu cür bütün ömrü boyu davam edər ( günahları yuyular)» (Müslim). «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- əynində naxışlı yun paltar namaz qıldı. Namazı bitirdikdə paltarın naxışlarına baxdı və gedəndə dedi: « Bu naxışlı paltarı aparıb Əbu Cəhmə verin. Ondan üzərində heç bir naxışı olmayan cod Kisa (paltar) alıb gətirin. Bu paltar məni namazdan yayındırdı. ( Başqa bir rəvayətdə deyilir: « onun naxışları mənə namazda mane olurdu»)» (əl-Buxarı, Müslim və Malik). «Aişənin otağında üstündə şəkillər olan pərdələr asılmışdı. Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- namaza başlamamışdan əvvəl demişdi: « Bu pərdələri çıxarın. Onların şəkilləri mənim namazıma mane ola bilər» (əl-Buxarı və Müslim). O həmçinin deyərdi: « Ortada yemək olanda namaz qılmaq olmaz. Ayaq yoluna getmək istəyərək ( ehtiyacını ödəməyərək) də namaz qılmaq da olmaz» (əl-Buxarı, Müslim, İbn Əbu-Şeybə). NAMAZIN AÇILIŞ DUALARI |
|
|
![]() |
![]() |