![]() |
![]() |
|
SAKİT SƏSLƏ QİRAƏTİN VACİBLİYİSakit səslə qiraəti Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- vacib saymışdır. Cabir demişdir: «Zöhr və əcr namazları vaxtı imamın ardınca birinci iki rükətdə «əl-Fatihə»ni və başqa bir surəni oxuyardıq. Sonuncu iki rükətdə də «əl-Fatihə»ni oxuyardıq» (İbn Macə. Səhih hədisdir). Bununla belə qiraətdə imama mane olmaq, onu çaşdırmaq da yasaq edilmişdir. Zöhr namazını öz əshabələri ilə qılırmış. Namazdan sonra dedi: «Sizdən kim «Ən uca Rəbbin adını zikr et» (əl-Əla,1) surəsini oxuyurdu?» Bir nəfər dedi: «Mən. Bununla mən xeyirxahlıq istəmişəm». Rəsulullah dedi: « Mən hiss edirdim ki, kimsə fikrimi yayındırdı» (Müslim, Əbu Uvanə və əs-Sərrac). Başqa bir hədisdə deyilir: «Namaz qılan öz Rəbbi ilə gizli söhbət edir ki, Allah onun diləyini bilsin. Siz Quranı oxumaqla bir-birinizə mane olmayın» (Malik və əl-Buxarı. Səhih hədisdir). AMİN VƏ İMAMIN ONU UCA SƏSLƏ DEMƏSİ |
|
|
![]() |
![]() |