![]() |
![]() |
|
AMİN VƏ İMAMIN ONU UCA SƏSLƏ DEMƏSİ«Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- « əl-Fatihə»ni oxuyub qurtarandan sonra uca səslə və səsini uzadaraq « amin» deyərdi» (əl-Buxarı və Əbu Davud. Səhih hədisdir). O, həmçinin imamın arxasında namaz qılanlara imamla «amin» deməyi əmr edərək demişdir: «Əgər imam «ğeyril məğdubi və aleyhim vəlad-dallin” desə, siz də «amin» deyin. Bu zaman mələklər də «amin» deyirlər. İmam da «amin» deyir». Başqa variantda deyilir: «Əgər imam «amin» deyirsə, siz də deyin. İmamla birgə «amin» deyən bu sözü mələklərlə birgə demiş olur». Başqa variantda deyilir: «Bininiz namazda «amin» deyərsə, deməli, bir-birinizlə ittifaqda olursunuz. Bununla da bütün əvvəlki günahlar bağışlanır» (əl-Buxarı, Müslim, ən-Nəsai və əd-Darimi). Başqa bir hədisdə deyilir: «Amin deyin ki, Allah sizin duanıza cavab versin (qəbul etsin)» (Müslim və Əbu Uvanə). O həmçinin demişdir: «Yəhudilər sizə bir şeydə həsəd aparırlar: imamın ardınca salam verməyə və «amin» deyilməsinə» ( əl-Buxarı, İbn Macə, İbn Xuzeymə, Əhməd və əs-Sərrac. Səhih hədisdir). PEYĞƏMBƏRİN (s.a.v.) FATİHƏDƏN SONRA QİRAƏTİ |
|
|
![]() |
![]() |