BƏDBƏXTLİK BAŞ VERƏNDƏ BEŞ NAMAZDA QUNUT DUASINI OXUMAQ


      Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- birinə qarşı və ya biri üçün dua edəndə sonuncu rükətdə rükudan sonra qunut duasını oxuyardı.
      «O, «Səmia Allahu limən həmidəh. Allahummə rabbanə, ləkəl həmd» deyərdi» ( əl-Buxarı və Müslim).
      «Duasını uca səslə oxuyardı» (əl-Buxarı və Müslim).
      «Əllərini qaldırardı» (Əhməd və ət-Təbərani. Səhih istinadlıdır).
      «Onun arxasındakılar «amin» deyərdilər» (Əbu Davud, əs-Sərrac, əl-Hakim. Səhih hədisdir).
      «Beş namazın hamısında qunut oxuyardı» ( Əbu Davud, əs-Sərrac və əd-Dəraqutni. Etibarlı istinadlıdır).
      «Lakin o, yalnız birinə qarşı və ya biri üçün qunut tutardı» ( İbn Xuzeymə, «Səhih» (1/78/2). əl-Xətib, «Kitabul-qunut». Səhih hədisdir). Duanın mətninə təqribən bu sözlər daxil idi: «Allahım, əl-Valid ibn əl-Validə, Səlmə bin Hişama, İyaş bin Əbi Rabiə uğur qismət elə! Allahım, Müdirrə təzyiqini artır. Onun ömrünü Yusifin çətin ömrü kimi elə! Allahım! Həyyana, Rəlana və Zəkvana Allaha və Onun Rəsuluna asi olduqları üçün lənət elə!» ( Əhməd, əl-Buxarı və Müslim).
      «Qunutu bitirdikdən sonra deyərdi: «Allahu əkbər» və səcdə edərdi» ( ən-Nəsai, Əhməd, əs-Sərrac və Əbu Yəla. Etibarlı hədisdir)

       VİTRDƏ QUNUT