![]() |
![]() |
|
KƏBƏYƏ DOĞRU YÖNƏLMƏKPeyğəmbər- səllallahu aleyhi və alihi və səlləm- fərz və nafilə namazlarını qılanda üzünü Kəbəyə tutardı. Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- namazını düzgün qılmayana əmr edərək demişdir: «Əgər namaza dursan, əvvəlcə dəstəmaz al, sonra qibləyə tərəf üz çevirib təkbir elə» (əl-Buxari, Müslim, əs-Sərrac). Səfər zamanı Peyğəmbər –səllallahu aeyhi və alihi və səlləm- nafilə namazlarını öz dəvəsinin belində, şərq və qərb istiqamətində vitri qılardı. Bu barədə Allah təalanın bu kəlamı nazil olmuşdu: «… hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır” (əl-Bəqərə, 115) (Müslim və ət-Tirmizi. Səhih hədis). «Bəzən öz dəvəsinin belində namaz qılmaq istəsəydi, dəvəni qibləyə yönəldib təkbir edərdi. Sonra dəvəsinin yönəldiyi istiqamətdə namazını qılardı» (Əbu Davud, İbn Hibban, İbn əs-Səkən, İbn əl-Muləkkin və s. Səhih ve etibarlı hədisdir). «Öz dəvəsinin belində başının işarəsi ilə rüku və səcdə edərdi, səcdəni rükuda etdiyindən başını daha da çox aşağı əyməklə yerinə yetirərdi» (Əhməd və ət-Tirmizi. Səhih hədis). «O fərz namazını minikdən düşüb qibləyə duraraq qılardı» (əl-Buxarı və Əhməd). Şiddətli qorxu namazına aid Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- öz ümməti üçün aşağıdakı qaydanı müəyyənləşdirmişdir: «Piyadalar qiyamı yerinə yetirməklə (ayaq üstə durmaqla) və ya minik belində olmaqla, qibləyə durmaqla və ya durmamaqla namaz qıla bilərlər» (əl-Buxarı və Müsim). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- buyurur: «Əgər bir-birilə qarışsalar, yəni şiddətli döyüş vaxtı təkbir və baş ilə işarə etməklə namaz qılmaq olar» (əl-Beyhəqi). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- buyururdu: «Məşriqlə məğrib arası qiblədir» (ət-Tirmizi və əl-Hakim.Səhih hədisdir). Cabir –radıyallahu anhu- demişdir: « Rəsulullahla- səllalahu aeyhi və alihi və səlləm- yürüşə çıxmışdıq. Birdən ətrafı duman bürüdü. Çox çalışdıq, amma qibləni dəqiq müəyyənləşdirə bilmədik. Hər kəs ayrıca namaz qılmalı oldu. Bizdən biri olduğumuz yeri və namaz qıldıqda üz tutduğumuz istiqaməti nişanladı. Duman çəkiləndə baxıb gördük ki, qibləyə üz tutmamışıq. Bu barədə Peyğəmbərə –səllallahu aleyhi və alihi və səlləm- məlumat verdikdə o bizə yenidən namaz qılmağı tapşırmayıb dedi: «Sizin namazınız qəbul olundu» (əd-Dəraqutni,əl-Hakim, əl-Beyhəqi, ət-Tirmizi, İbn Macə və ət-Təbərani). «Aşağıdakı ayə nazil olmamışdan əvvəl Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Kəbə qarşısında ola-ola, Beytül-Müqəddəsə üz tutaraq namaz qılardı: Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir!” (əl-Bəqərə,144). Bu ayədən sonra Kəbə qiblə seçildi. Belə ki, hamı sübh namazına durmuşdu. Onlara belə bir xəbər çatdı: «Pəsulullaha –səllallahu aleyhi və alihi və səlləm- bu gecə Quran (ayə – Z.Q.) nazil olmuşdur və Kəbənin qiblə seçilməsi əmr edilmişdir. Namaza duranların üzü Şama tərəf idi və bu xəbərdən sonra çevrildilər» (Yəni onların imamı üzünü çevirib qibləyə durdu) (əl-Buxarı, Müslim, Əhməd və əs-Sərrac). QİYAM VƏ XƏSTƏNİN NAMAZI |
|
|
![]() |
![]() |