![]() |
![]() |
|
İMAMIN ARDINCA UCA SƏSLƏ QİRAƏTİN QADAĞAN EDİLMƏSİPeyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- əvvəllər imamın arxasında namaza duranlara «əl-Fatihə»ni uca səslə qılınan namazda oxumağa icazə vermişdi. Bir dəfə «sübh namazı vaxtı qiraət onu yordu. Namazı bitirdikdən sonra dedi: «Siz də, yəqin ki, imamınızın ardınca oxuyursunuz?» Biz dedik: «Bəli, ya Rəsulullah, bir sürətlə, tələsə-tələsə oxuyurduq». Dedi: «Belə etməyin. Biriniz yalnız «əl-Fatihə»ni oxusa bəsdir. Çünki «əl-Fatihə»ni oxumayanın namazı qəbul olmaz» (əl-Buxarı, Əbu Davud, Əhməd, ət-Tirmizi və əd-Dəraqutni. Etibarlı hədisdir). Sonralar surənin bütünlüklə uca səslə oxumağı qadağan etdi. Bu, «sübh namazı vaxtı uca səslə qiraəti bitirdikdən sonra» baş vermişdi və demişdi: «Sizdən kimsə mənimlə birgə qiraət etdi?» Bir şəxs dedi: «Mən ya Rəsulullah!» O dedi: « Qiraətə müdaxilə etməyin». Əbu Hüreyrə deyir: « Camaat Rəsulullahla- səllallahu aleyhi və alihi və səlləm- birlikdə uca səslə qiraətdən əl çəkdi. Rəsulullah – səllallahu aleyhi və alihi və səlləm- qiraəti uca səslə bitirdi. Onlar Rəsulullahdan – səllallahu aleyhi və alihi və səlləm – bu sözləri eşidəndə imamın uca səslə oxumadıqları vaxt özləri sakit səslə qiraət etdilər» (Malik, əl-Humeydi, əl-Buxarı, Əbu Davud, Əhməd, əl-Məhali, ət-Tirmizi, ər-Razi, İbn Hibban və İbn əl-Qayyim. Etibarlı və səhih hədisdir). Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- imamın qiraətinə qulaq asmağı və onu tamamilə təqlid etməyi əmr edərək demişdir: «İmam tamamilə təqlid edilməlidir. Əgər təkbir eləsə, siz də təkbir edin. Əgər qiraət etsə, siz onu dinləyin» (İbn Şeybə, Əbu Davud, Müslim, Əbu Uvanə və ər-Ruyani). O həmçinin imama qulaq asmağı vacib bilib qiraət etməməyə icazə verərək demişdir: «İmam arxasında qiraət edən üçün imamın qiraəti elə onun qiraətidir» (İbn Əbu Şeybə, əd-Dəraqitni, İbn Macə, ət-Təhavi və Əhməd). SAKİT SƏSLƏ QİRAƏTİN VACİBLİYİ |
|
|
![]() |
![]() |