HƏR AYƏNİN AYRICA QİRAƏTİ


      «Bütün bunlardan sonra Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- «əl-Fatihə» ni aramla oxuyardı: «Bismilləhir –rahmənir-rahim” - dayanardı və sonra deyərdi: «“Əl-həmdu lilləhi rabbil aləmin” - yenə dayanar və deyərdi: «Ər-rahmənir-rahim” -dayanar və deyərdi: «Maliki yaumid-din…” - (Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd olsun Allaha aləmlərin Rəbbinə, (bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq möminlərə) rəhmli olana, haqq-hesab (qiyamət) gününün sahibinə!…). Bu cür surəni axıra qədər oxuyardı. Hər bir ayənin başında fasilə verərdi, bir ayəni o biri ilə birləşdirməzdi (Əbu Davud, əs-Səhmi və əl-Hakim. Səhih hədisdir). Bəzən «Maliki yaumid-din” əvəzinə «Məliki yaumid-dini” oxuyardı» (ər-Razi, İbn Əbu Davud, Əbu Nəim, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).

       FATİHƏNİN RÜKN OLMASI VƏ FƏZİLƏTLƏRİ