![]() |
![]() |
|
FATİHƏNİN RÜKN OLMASI VƏ FƏZİLƏTLƏRİPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bu surənin əzəmətini həmişə yüksək tutardı və deyərdi: «Kitabın «əl-Fatihə»sini oxumayan şəxsin namazı qəbul olunmaz» (əl-Buxarı, Müslim, Əbu Uvanə və əl-Beyhəqi), və ya «Kitabın «əl-Fatihə»sini oxumayan şəxsin namazı düzgün olmaz» (əd-Dəraqutni və İbn Hibban. Səhih hədisdir). Bəzən deyərdi: «Namaz qılan adam Kitabın «əl-Fatihə»sini oxumazsa, bu namaz naqis (natamam) olar». O, bu surə barədə demişdir: «Allah təbarəkə təala buyurur: Mən namazı Özümlə bəndəm arasında yarı bölmüşəm. Yarısı mənimdir, yarısı da bəndəmim. Bəndəm istəyinə çatar». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Oxuyun: Bəndə deyər: «Əl-həmdu lilləhi rabbil aləmin” (Həmd olsun Allaha aləmlərin Rəbbinə). Allah təala buyurur: «Bəndəm Mənə həmd etdi, şükür və tərif dedi». Bəndə deyər: «Ər-rahmənir-rahim” (Mərhəmətli və rəhmli olana). Allah təala buyurur: « Bəndəm mənə səna etdi, tərif söylədi». Bəndə deyər: «Maliki yaumid-din” (Haqq-hesab (qiyamət) gününün sahibinə!) Allah təala buyurar: «Bəndəm Məni Mədh , tərif etdi». Bəndə deyər: «İyyəkə nəbudu və iyyəkə nəsməin” (Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!). Allah təala buyurar: «Bu Mənimlə bəndəm arasındadır. Bəndəm istədiyinə çatar». Bəndə deyər: «İhdinəs-sıratəl-mustəqim. Sıratəl əl-ləzinə ənamtə aleyhim qeyril-məğdubi aleyhim vəlad-dallin” (Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! Allah təala buyurar: «Ona istədiklərini verəcəyəm» (Müslim, Əbu Davud, Əbu Uvanə və Malik). Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- həmçinin demişdir: «Qüdrət və Cəlal sahibi Allah nə Tövratda, nə də İncildə Quranın (hərfən anası) olan yeddi Məsanini (və Sizə çatdırdığım) əzəmətli Quranı vermişdir». Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- « namazını düzgün qılmayana» «əl-Fatihə»ni oxumağı əmr etmişdir. Onu əzbər öyrənə bilməyən isə deməlidir: «Subhanəllahu, vəl həmdulilləhi və lə iləhə illəllah. Allahu əkbəru və lə haulə quvvatə illə billəh” (Allah pak və nöqsansızdır, həmd Allaha məxsusdur, Allah hər şeydən üstündür, böyükdür, Güc və Qüdrət Allaha məxsusdur) (Əbu Davud, İbn Xuzeymə, əl-Hakim, ət-Təbərani və İbn Hibban. Səhih hədisdir). O, «namazını düzgün qılmayan»a demişdir: «Yanınızda Quran olsa, onu oxuyun. Olmasa, Allaha həmd edin, «Allahu əkbər» və Allahın təkliyinə şəhadət deyin» (Əbu Davud və ət-Tirmizi. Etibarlı hədisdir). |
|
|
![]() |
![]() |