![]() |
![]() |
|
GECƏ NAMAZINDA DURMAQ VƏ OTURMAQ«Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- gecə vaxtı uzun müddət həm ayaq üstə, həm də oturaraq namaz qılardı. Əgər ayaq üstə qiraət etsəydi, rükunu da ayaq üstə edərdi. Oturaraq qiraət etsəydi, rükunu da oturaraq icra edərdi» (Müslim və Əbu Davud). «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bəzən oturaq namaz qılar, oturaq vəziyyətdə qiraət edərdi. Qiraətindən otuz və ya qırx ayə qalanda, ayaq üstə durub onların qiraətini başa çatdırardı. Bundan sonra rüku və səcdə edərdi. İkinci rükətdə də eyni cür hərəkət edərdi» (əl-Buxarı və Müslim). «Yaşa dolduqda, həyatının son illərində, vəfatına bir il qalmış Sübhə (yəni nafilə, sünnə) namazını oturaraq qılardı» (Müslim və Əhməd). «Bardaş qurub oturardı» (ən-Nəsai, İbn Xuzeymə, Abdul Fəni əl-Məqdisi və əl-Hakim. Səhih hədisdir). AYAQQABIDA NAMAZ BARƏDƏ GÖSTƏRİŞ |
|
|
![]() |
![]() |