![]() |
![]() |
|
AYAQQABIDA NAMAZ BARƏDƏ GÖSTƏRİŞ«Bəzən ayaqyalın, bəzən də ayaqqabısını çıxartmadan (namaza) durardı» (Əbu Davud və İbn Macə). Bunu öz ümmətinə icazə verərək demişdir: « Sizdən biriniz namaz qılarkən istərsə ayaqqabıda, istərsə də ayaqqabını çıxarıb onu ayaqları arasında qoymaqla – başqalarına əziyyət verməməsi üçün – qılsın» ( Əbu Davud, əl-Bəzzar və əl-Hakim. Səhih hədisdir). Bəzən də ayaqqabıda namaz qılmağa təkid edərək deyərdi: «Yəhudilər kimi olmayın. Onlar ayaqqabılı namaz qılmırlar. Onların əksinə olaraq ayaqqabıda namaz qılın!» (Əbu Davud, əl-Bəzzar və əl-Hakim. Səhih hədisdir). Hərdən namaza başlayanda ayaqqabılarını çıxarırmış və sonra namazı davam etdirirmiş. Əbu Səid əl-Xudri demişdir: « Rəsulullah –səllallahu aleyhi və alihi və səlləm- bizimlə birgə bir gün namaz qılırdı. Bir qədər namaz qılmışdı ki, ayaqqabılarını çıxarıb sol tərəfinə qoydu. Bunu görənlər onun etdiyi kimi etdilər. Namaz bitdikdən sonra dedi: «Nə oldu ki, siz də ayaqqabılarınızı çıxartdınız?» Camaat dedi: « Gördük ki, sən ayaqqabılarını çıxartdın, biz də ayaqqabılarımızı çıxartdıq». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- buyurdu: « Cəbrayıl gəlib xəbər verdi ki, ayaqqabılarımda nəcis (başqa rəvayətdə deyilir: zibil) vardır. Mən də onları çıxartdım. Sizdən biriniz məscidə gələndə görsə ki, ayaqqabıları nəcislidir (zibillidir), onları silməli və onlarla namaz qılmalıdır» (Əbu Davud, İbn Xuzeymə, əl-Hakim, əz-Zəhəbi və ən-Nəvəvi. Səhih hədisdir). «Ayaqqabılarını çıxaranda sol tərəfinə qoyardı» (Əbu Davud, ən-Nəsai və İbn Xuzeymə) və deyərdi: « Sizdən biri namaz vaxtı ayaqqabılarını çıxarsa, onları sağ tərəfdə qoymamalıdır. Sağda namaz qılan ola bilər. Əgər sol tərəfdə də namaz qılan olarsa, ayaqqabıları ayaqları arasına qoymalıdır» ( Əbu Davud, ən-Nəsai və İbn Xuzeymə, Səhih hədisdir). MİNBƏRDƏ NAMAZ QILMAQ«Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bir dəfə minbərdə namaz qıldı». Bir rəvayətdə deyilir ki: « Minbər üç pilləli idi. Minbərdə ayaq üstə durdu, təkbir etdi. Camaat da onun ardınca, o minbərdə ola-ola təkbir etdilər. Sonra o, minbərdə rüku etdi. Bundan sonra addım-addım geriyə gedərək minbərin təməlində səcdə etdi və yenidən minbərə qayıtdı. Bunu sonrakı rükətlərdə də təkrar etdi. Namazını bitirdikdən sonra adamlara üz tutub dedi: «Camaat, bunu etdim ki, məndən nümunə götürəsiniz və necə namaz qıldığımı öyrənəsiniz» (əl-Buxari, Müslim və İbn Səd). SÜTRƏ VƏ ONUN VACİBLİYİ |
|
|
![]() |
![]() |