![]() |
![]() |
|
BİRİNCİ TƏŞƏHHÜDÜN VACİBLİYİ VƏ ONDA DUANIN ŞƏRİƏTƏ UYĞUNLUĞUPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- hər iki rükətdən bir « əttəhiyyatu lilləhi» ( təşəhhüd) oxuyardı» (Müslim və Əbu Uvanə). «Oturanda gördüyü ilk iş Allahı salamlamaq olurdu» ( əl-Beyhəqinin Aişədən yaxşı istinadla verdiyi rəvayət, İbn əl-Müləqqin də bunu demişdir ( 28/2)). Əgər birnci iki rükətdə onu unutsaydı səhv səcdəsini edərdi» ( əl-Buxarı və Müslim. « İrvaul-ğəlil», 338). Bunu əmr edərək demişdir: « Əgər otursanız, hər bir rükətdə deyin: « əttəhiyyatu lilləhi…» Sizdən biri xoşuna gələn duanı seçərək « əttəhiyyatla» bərabər onu da Qüdrət və Cəlalət sahibi Allaha dua etsin» ( ən-Nəsai, Əhməd və ət-Təbərani, «əl-Kəbir» əsəri əsəri (3/25/1). Səhih hədisdir). Başqa bir rəvayətdə deyilir: «Hər iki rükətdən bir oturub « əttəhiyyatu»… və i.a. deyin ( ən-Nəsai. Səhih hədisdir). Yuxarıda qeyd edildiyi kimi, «namazı düzgün qılmayan»a da bunu əmr etmişdir. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- onlara ( əshabələrə – red.) Qurandan surə öyrədən kimi təşəhhüdü öyrədərdi (əl-Buxarı və Müslim). TƏŞƏHHÜDÜN FORMALARI |
|
|
![]() |
![]() |