![]() |
![]() |
|
SON SÖZPeyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – qılmış olduğu namaz barədə sizə təqdim etdiyimizin hamısı həm kişilərə, həm də qadınlara aiddir. Sünnədə qadınlar üçün bəzi istisnalar barədə heç nə deyilmir. Əksinə, Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- dediyi hamı üçün aydındır: « Mənim kimi namaz qılın. Necə görmüşsünüzsə, elə də namaz qılın». Bu sözlər qadınlara aiddir. İbrahim ən-Nəxəvi demişdir: « Qadın namazda kişinin etdiklərini edir» ( İbn Əbi Şeybə bunu səhih istinadla verir). Qadının kişidən fərqli bir şəkildə səcdə etməsi barədə hədis doğru deyildir. Əbu Davud Yezid bin Əbi Həbibə istinadən deyir ki, qadın səcdədə özünü bir qədər bükməlidir. Bu da zəif hədislərdəndir. İmam Əhmədin İbn Ömərə istinad verdiyi hədisdə deyilir ki, onun qadınlarına namaz vaxtı bardaş qurub oturmağı əmr etməsi barədə hədisi zəifdir. Əl-Buxari «ət-Tarix əs-səğir» əsərində səhih istinadla Umm əl-Dərda barədə belə yazır: « O, namazda kişi kimi oturardı. O, fəqih bir qadın idi». Bunlar təkbirdən təslimə qədər Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- namazı barədə toplaya bildiklərimizdir. Allah təaladan bunu öz kəramətli camalına sədaqət ifadəsi, mərhəmətli və şəfqətli Rəsulunun sünnəsinə hədiyyə bilməyi rica edirəm. Pak və nöqsansız Allaha alqışlarla və Onun həmdi ilə! Allahım, Sən pak və nöqsansızsan və həmd Sənə məxsusdur! Şəhadət verirəm ki, Səndən başqa ibadət haqqı olan tanrı yoxdur. Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm! Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua və bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə xeyir dua ver və Məhəmmədə və onun ailəsinə bərəkət də ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən! |
|
|
![]() |
![]() |