![]() |
![]() |
|
SƏCDƏBundan başqa Peyğəmbər – səllallahu aleyhi və alihi və səllləm- təkbir edib səcdəyə gedərdi (əl-Buxarı və Müslim). «Namazı düzgün qılmayan»a da bunu əmr edərək demişdir: « Hər bir şəxsin namazı yalnız o, «Səmia-Allahu limən həmidəh» və qəddini düzəldib «Allahu əkbər» deyəndən sonra səcdə edib əzələləri tam rahatlıq tapdıqda tamamlanmış olur» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). «Səcdə etmək idtədikdə təkbir deyərdi» (Əllərini yanına salardı və sonra səcdə edərdi). (Əbu Yəla bu hədisi «Müsnəd» əsərində (284/2) etibarlı istinadla və İbn Xuzeymə (1/79/2) səhih istinadla rəvayət edirlər). «Bəzən səcdədən qabaq əllərini qaldırardı» (ən-Nəsai, əd-Dəraqutni və əl-Muxlis, «əl-Fəvaid» əsəri (1/2/2). Səhih hədisdir). SƏCDƏ EDƏRKƏN BİRİNCİ ƏLLƏRİ YERƏ QOYMAQ |
|
|
![]() |
![]() |