![]() |
![]() |
|
RÜKUPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- qiraəti bitirdikdə bir qədər sükut edərdi, «Açılış təkbirində olduğu kimi, əllərini yuxarı qaldırar, «Allahu əkbər» deyib rüku edərdi» (Əbu Davud, əl-Hakim, əz-Zəhəbi, əl-Buxarı və Müslim. Səhih hədisdir). Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bunu «namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Allahın əmr etdiyi kimi tam dəstəmaz alınmadan, «Allahu əkbər» deyilmədən, O mədh edilmədən, həmdü-səna oxunmadan, Allahın öyrətdiyi Qurandan bacardığı surələri oxumadan qılınan namaz tam hesab edilməz. Bütün bunlardan sonra namaz qılan rüku edir ( əlləri ilə dizlərini tutaraq belini əyir). Rükuda bütün oynaqları öz yerini tutub əzələləri boşalana qədər durur» (Əbu Davud, ən-Nəsai, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). RÜKUNUN İCRA TƏRZİ Peyğəmbər –səllallahu aleyhi və laihi və səlləm- əllərini dizlərinə qoyardı və belə etməyi əmr edərdi» (əl-Buxarı və Əbu Davud). Yuxarıda deyildiyi kimi, « namazı düzgün qılmayana da» belə əmr etməyi əmr etmişdi ( əl-Buxarı və Əbu Davud). «Əllərini diz qapaqlarının üstündə elə yerləşdirərdi ki, elə bil onları tutmuşdur» ( əl-Buxarı və Müslim), « Barmaqlarını bir-birndən aralayardı» (əl-Hakim, əz-Zəhəbi və ət-Təyalisi. Səhih hədisdir. Əbu Davud. «Səhih» səh. 809). «Namazı düzgün qılmayan»a bunu etməyi əmr edərək demişdir: «Rüku edəndə əlinin içini diz qapaqlarının üstünə qoy, barmaqlarını bir-birindən ayır, bədənin hər bir üzvü öz yerini alana qədər bu cür dayan» (İbn Xuzeymə və İbn Hibban. «Səhih» əsəri). Rükuda «əlləri yana salmağa icazə verməzdi və bu ( Sünnəyə) uyğun deyildir» (ət-Tirmizi və İbn Xuzeymə. Səhih hədisdir). «Rüku vaxtı əyilərək belini düz tutardı» (əl-Beyhəqi və ət-Tirmizi. Səhih hədisdir). «Bu vəziyyətdə onun belinə su tökülsəydi belə, su axmazdı» (ət-Təbərani, «əl-Kəbir» və «əs-Səğir» əsərləri; Abdullah bin Əhməd, «Zəvaidul- musnəd» və İbn Macə). «Əgər rüku edirsənsə, əllərini dizinin üstünə qoy, belini düzəlt və rükuya dur» (Əhməd və Əbu Davud. Səhih istinadlı hədisdir). «Rüku vaxtı o, başını nə çox aşağı əyərdi, nə də çox qaldırardı, orta vəziyyətdə tutardı» (Əbu Davud, əl-Buxarı, Müslim və Əbu Uvanə. Səhih hədisdir). RÜKU VAXTI RAHATLIĞIN ZƏRURİLİYİ «O rüku vaxtı özünü çox rahat hiss edərdi». «Namazı düzgün qılmayan»a bunu əmr etmişldi. Bu barədə keçən fəsildə danışmışıq. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Rüku və səvdəni tam edin. Allaha and olsun, mən sizin rıkunuzu, səcdənizi mənim arxamda olsanız da görürəm» (bu peyğəmbərə xas möcüzələrdəndir – red.). «Birisi namaz vaxtı rıkunu tamamlamadan səcdəni də tez-tez edərdi. Bunu görən Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- dedi: «Bu adam bu vəziyyətdə ölərsə, deməli, Məhəmməd ümmətindən olan kimi ölmədi». Namazda elə tez-tez səcdə edərdi ki, sanki qarğa qanı dimdikləyir. Rükunu tamamlamayanın, səcdəni tez-tez edənin məsəli bir-iki xurma yeyən ac adam kimidir. Onların heç bir xeyri olmaz» (Əbu Yəla, əl-Beyhəqi, ət-Təbərani, İbn Asəakir və İbn Xuzeymə). Əbu Hureyrə - radıyallahu anhu – demişdir: «Peyğəmbərim – səllallahu aleyhi və alihi və səlləm- mənə namazda xoruz kimi dimdik vurmağı, tülkü kimi ətrafı pusmağı, meymun kimi oturmağı qadağan etmişdir» (ət-Təyalisi, Əhməd, İbn Əbu Şeybə. Etibarlı hədisdir). O həmçinin demişdir: «Ən pis oğru öz namazından oğurlayandır». Ondan soruşurlar: «Ya Rəsulullah, adam öz namazından necə oğurlaya bilər?» O deyir: « Öz rükusunu və səcdəsini tamamlamayanda» (İbn Əbu Şeybə, ət-Təbərani, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – namaz vaxtı rüku və səcdəni düzgün icra etməyən bir adamı görür. Namazdan sonra deyir: «Ey müsəlman camaatı, rükunu və səcdəni düzgün icra etməyənin namazı qəbul edilməz» (İbn Əbu Şeybə, İbn Məacə və Əhməd. Səhih hədisdir). Başqa hədisdə deyilir: «Rüku və səcdəni düz icra etməyənin namazı qəbul olunmaz» (Əbu Uvanə, Əbu Davud, əs-Səməhmi və əd-Dəraqitni. Səhih hədisdir). RÜKU ZİKRLƏRİ Rükuda müxtəlif müxtəlif növ zikrlər və dualar oxuyardı. Bəzən birini, bəzən də o birisini seçərdi. 1 (üç dəfə) «Subhanə rabbiyə –l – azım” (Əzəmət sahibi olan Rəbbim pak və nöqsansızdır) (Əhməd, Əbu Davud, İbn Macə, əd-Dəraqutni, ət-Təhavi, əl-Bəzzar, İbn Xuzeymə və ət-Təbərani «əl-Kəbir» əsərində). Bəzən bu ifadəni daha çox təkrar edərdi. Bir dəfə gecə namazında bu ifadəni o qədər təkrar etdi ki, rüku müddəti qiyam müddətinə yaxınlaşdı. Bu zaman o, üç uzun surə («əl-Bəqərə», «ən-Nisa» və «Ali-İmran») oxudu və gecə namazında olduğu kimi dua və istiğfar da etdi. 2 ( üç dəfə) «Subhanə rabbiyə –l- azım bihəmdihi” (Əzəmət sahibi olan pak və nöqsansız Rəbbimə həmd ilə) (Əbu Davud, əd-Dəraqutni, Əhməd, Təbərani və əl-Beyhəqi). 3 «Subbuhun, quddusun, rabbu-l-mələ,ikəti va-r-ruh” (Çox təsbih olunan və çox Müqəddəs olan, mələklərin və Ruhun (Cəbrailin) Rəbbi) (Müslim və Əbu Uvanə). 4 «Subhanəkə –l- lahummə və bihəmdikə Allahummə-ğfirli” (Pak və nöqsansız Allahım, Səni Təsbih edirik, həmd Sənə məxsusdur. Allahım məni bağışla). Bu sözlərlə rüku və səcdəsini uzadır, Quranın tələbinə görə bunları zikr edərdi (əl-Buxarı və Müslim). 5 «Allahummə ləkə raka,tu, va bikə əməntu, va ləkə əsləmtu, əntə rabbi, xaşa,ə ləkə səm,i, va bəsari, va muxxi, va azmi va asabi, va mə əstəqallə bihi qadəmi lilləhi rabbil aləmin” (Allahım Sənə rüku etdim, Sənə iman gətirdim və Sənə təslim oldum. Sən mənim Rəbbimsən. Qulağım, gözüm, beynim, sümüklərim, əsəblərim və ayaqlarımın üstündə qərar tutan hər şey aləmlərin Rəbbi olan Allahım Sənə tabe oldu) (Müslim, Əbu Uvanə, ət-Təhavi və əd-Dəraqutni). 6 « Allahummə ləkə raka,tu, va bikə əməntu, va ləkə əsləmtu, va aleykə təvəkkəltu, əntə rabbi, xaşə,a, səm,i, va bəsari, va dəmi, va ləhmi, va azmi va asabi lilləhi rabbil aləmin” (Allahım Sənə rüku etdim, Sənə iman gətirdim və Sənə təslim oldum. Sənə təvəkkül etdim, Sən mənim Rəbbimsən. Qulağım, gözüm, qanım, ətim, sümüklərim, əsəblərim və ayaqlarımın üstündə qərar tutan hər şey aləmlərin Rəbbi olan Allaha tabe oldu) ( ən-Nəsai. Səhih istinadlı hədisdir). 7 «Subhanə zi-l-cəbəruti, va-l-mələkuti, va-l-azəməti” (Qüdrət, hökmranlıq, böyüklük və əzəmət Sahibi olan Allahım pak və nöqsansızdır). Bunu gecə namazında deyərdi (Əbu Davud və ən-Nəsai. Səhih hədisdir). RÜKUNUN UZADILMASI Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- rükunu, rükudan sonra qiyamı, səcdəni və iki səcdə arası oturuşu bir-birinə təqribən bərabər bir müddətdə icra edərdi (əl-Buxarı və Müslim). RÜKUDA QURAN OXUMAĞI YASAQ ETMƏSİ Rüku və səcdədə Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- Quran oxumağı yasaq edərək demişdir: «Mən rüku və səcdədə Quran oxumağı qadağan etdim. Rükuda siz Allaha təzim edin, səcdədə çoxlu dua edin. Belə etsəniz cavab almağa layiqsiniz» (Müslim və Əbu Uvanə). RÜKUNU BİTİRİB DURARKƏN DEYİLƏNLƏR Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- qamətini düzəldib rükudan qalxarkən deyərdi: « Səmi,a-l-lahu limən həmidəh” (Allah ona həmd edəni eşidər) (əl-Buxarı və Müslim). «Namazı düzgün qılmayana» bunu əmr edərək demişdir: «Təkbir etməyən, rüku etməyən və qamətini düzəldib « Səmia-Allahu limən həmidəh» ifadəsini deməyənin namazı qəbul olunmaz» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Qalxandan sonra durub deyərdi: «Rabbənə va ləkə-l-həmd” (Rəbbimiz! Həmd Sənə məxsusdur!) (əl-Buxarı və Əbu Davud. Səhih hədisdir). Bunu həm namaz qılana- istər imam olsun, istərsə də qeyrisi olsun, əmr edərək demişdir: «Mənim kimi namaz qılın» (Əl-Buxarı və Əhməd). O həmçinin deyərdi: «İmam ona görə seçilir ki, onun etdiklərini namaz qılanlar etsinlər. Əgər o desə ki, «Səmia-Allahu limən həmidəh» siz: «Allahummə, Rabbənə va ləkə-l-həmd” (Allahım, Rəbbimiz, həmd Sənə məxsusdur) deyin. Allah sizi eşidər». Allah təbarəkə və təala öz Peyğəmbərinin – səllallahu aleyhi və alihi və səlləm- dili ilə: «Allah Ona həmd edəni eşitdi» demişdir. Bu məsələni başqa bir hədisdə də izah edib demişdir: «Bu sözü mələklərin sözü ilə uyğun gələnin bütün keçmiş günahları bağışlanır» ( əl-Buxarı, Müslim və ət-Tirmizi. Səhih hədisdir). Rükudan qalxaraq belini düzəldəndən sonra əllərini « ihram təkbiri»ndə (namazı başlayanda edilən təkbir – red.) olduğu kimi qaldırır. Dikəldikdən sonra yuxarıda göstərildiyi kimi bu ifadələri deyir: 1 «Rabbənə va ləkə-l-həmd” (Rəbbimiz, həmd Sənə məxsusdur) (əl-Buxarı və Müslim). 2 «Rabbənə ləkə-l-həmd” (Rəbbimiz, həmd Sənə məxsusdur) (əl-Buxarı və Müslim). Bəzən bu ifadələrə «Allahummə» sözünü əlavə edərdi (əl-Buxarı və Əhməd) Namaz qılanlara da bunu əmr edərək deyərdi: «Əgər imam desə «səmia Allahu limən həmidəh», siz deyin: «Allahummə, Rabbənə ləkə-l-həmd” ( Allahım, Rəbbimiz, həmd Sənə məxusdur). Sözü mələklərin sözü ilə uyğun gələnin bütün keçmiş günahları bağışlanar» (əl-Buxarı, Müslim və ət-Tirmizi. Səhih hədisdir). Bəzən bütün bunlara aşağıdakıları əlavə edərdi: 3 «Mil,ə-s-səməvati va mil,ə-l-ardı, va mil,ə mə şi,tə min şey,in ba,d” (Sənə yer ilə səmalar və istədiyin qədər həmd-sənalar olsun) (Müslim və Əbu Uvanə). 4 «Əhlə-s-sənə,i va-l-məcdi, lə məni,a limə ə,taytə, va lə mu,tıyə limə mənə,tə va lə yə nfə,u zə-l-cəddi minkə-l-cədd” (Həmd və ülviyyət sahibi! Sənin verdiyin mane olacaq heç bir şey yoxdur. Sənin mane olduğun şeyi heç kəs verə bilməz. Ey əzəmət Sahibi! Sən fayda verməsən, heç kəs fayda verə bilməz) (Müslim və Əbu Uvanə). 5. Bəzən isə bunu deyərdi: « Mil,ə-s-səməvati va mil,ə-l-ardı, va mil,ə mə şi,tə min şey,in ba,d. Əhlə-s-sənə,i va-l-məcdi, əhaqqu mə qalə-l-abdu, va kullunə ləkə abd. Allahummə lə məni,a limə ə,taytə, va lə mu,tıyə limə mənə,tə va lə yənfə,u zə-l-cəddi minkə-l-cədd” (Sənə yer ilə səmalar qədər və istədiyin başqa şeylər qədər həmd-sənalar olsun. Həmd və Ülviyyət Sahibi! Sənin qulunun dediyi haqdır: Biz hamımız Sənin qulunuq. Allahım! Sənin verdiyinə mane olacaq heç bir şey yoxdur. Sənin mane olduğun şeyi heç kəs verə bilməz. Ey əzəmət Sahibi! Sən fayda verməsən, heç kəs fayda verə bilməz) (Müslim, Əbu Uvanə və Əbu Davud). 6 Gecə namazında bəzən bunu deyərdi: «Li rabbi əl-həmdu, li rabbi əl-həmdu” (Həmd Rəbbimədir, həmd Rəbbimədir). Bunu təkrarlayardı. Bu vaxt onun bu qiyamı təqribən rüku və birinci qiyam qədər davam edərdi. Bu qiyamda «əl-Bəqərə» surəsini oxuyardı» (Əbu Davud, ən-Nəsai. Səhih hədisdir. «əl-İrva» əsəri səh. 235). 7 « Rabbənə va ləkə-l-həmd, həmdən kəsiran tayyibən mubərakən fihi” (Rəbbimiz həmd Sənə məxsusdur: saysız-hesabsız, gözəl və mübarək həmd). «Peyğəmbərin - səllallahu aleyhi və alihi və səlləm- arxasında namaz qılmış bir nəfər rükudan başını qaldıranda demişdi: «Səmia-Allahu limən həmidəh». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- soruşur: « Bir az öncə danışan kim idi?» Kişi deyir: «Mən idim, Ya Rəsulullah!» Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- deyir: « Mən otuzdan artıq mələk gördüm ki, bu əcri sənin üçün birinci yazmaqdan ötrü bir-birilə yarışa girmişdilər» (Malik, əl-Buxarı və Əbu Davud). QİYAMIN UZADILMASI VƏ TAM RAHATLIĞIN VACİBLİYİ |
|
|
![]() |
![]() |