![]() |
![]() |
|
İMAMLARIN SÜNNƏYƏ ƏMƏL ETMƏK VƏ ONA MÜXALİF OLAN SÖZLƏRİNİ TƏRK ETMƏK BARƏDƏ DEYİMLƏRİBu yerdə rast gəldiyimiz deyimlərdən bəzilərini fayda üçün qeyd edəcəyik. Ola bilsin, bu, kor-koranə təqlid edənlərə bir moizə və xatırlatma olar. Bəziləri məzhəblərə və onlarda kök salmış fikirlərə elə bağlanmışlar ki, elə bil onlar göydən nazil olmuşlar. Qüdrət və Cəlal sahibi Allah buyurur: «Rəbbinizdən sizə nazil edənlərə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Sizə öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (əl-Əraf,3). 1. ƏBU HƏNİFƏ (Allah ona rəhmət eləsin!) Bu alimlərin birincisi Əbu Hənifə ən-Numan bin Sabitdir (rəhmətullahi aleyh). Məsləkdaşlarının onun haqqında çox müxtəlif fikir və ifadələri bizə gəlib çatmışdır. Onların hamısının bir mənası vardır: hədisə əməl etmək, imamların ona müxalif olan fikirlərini təqlid etməmək. 1-«Hədis səhihdirsə, deməli o, mənim məzhəbimdir.» 2-«Dediyimiz sözün (fətvanın) mənbəyini bilmədən heç kimə ondan çıxış etmək (onunla əməl etmək) halal olmaz.» Rəvayətdə deyilir: «Mənim dəlilimi bilmədən dediyimlə fətva vermək haramdır». Başqa bir rəvayətdə deyilir: «Biz bəşər övladıyıq. Bu gün bir rəy deyirik, sabah başqa bir rəyi deyirik». Başqa bir rəvayətdə isə deyilir: «Ey Yaqub (Əbu Yusif)! Məndən eşitdiyin hər şeyi qələmə alma. Mən bu gün bir rəylə çıxış edirəm, sabah onu danıram. Sabah bir rəy deyirəm, birisi gün onu danaram.» 3-«Əgər Allah təalanın Kitabına və Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- dediklərinə müxalif bir söz desəm, bu sözümü qəbul etməyin.» 2.MALİK BİN ƏNƏS (Allah ona rəhmət eləsin!) Mərhum imam Malik bin Ənəs demişdir: 1-«Mən insanam, səhv də edirəm, düz də deyirəm. Mənim dediklərimə diqqətlə fikir ver. Kitaba və Sünnəyə uyğun gəlməyənləri isə rədd et.» 2-«Peyğəmbərdən –səllallahu aleyhi və alihi və səlləm- başqa hər kəsin sözü qəbul və rədd oluna bilər.» 3-«İbn Vahb demişdir: «Dəstəmaz vaxtı ayaq barmağının təmizlənməsi barədə Malikə sual verildi. Onun cavabı belə oldu: «Bunu etmək düzgün deyildir.» İbn Vahb deyir: «Gözlədim, adamlar bir az seyrəldikdən sonra dedim ki, axı bu bizdə sünnədə vardır.» Dedi: «Hansı hədisdə?» Dedim: «Mən Leys bin Səəddən, o da bin Luheya və Amr bin Haris əl-Maarifindən onlarda Əbu Abdur-Rəhman əl-Həblidən o da Müstəvrid bin Şəddad əl-Quraşidən rəvayət etdilər ki, o demişdir: «Allahın rəsulunun çeçlə barmağıyla ayağının barmaqlarının arasını yuduğunu gördüm.» İmam Malik dedi: «Bu Həsən hədisdir. Onu yalnız indi eşitdim.» bu hadisədən sonra bu barədə soruşulanda, barmaqların arasını yumağı əmr edərdi.» 3.ƏŞ-ŞAFİİ (Allah ona rəhmət eləsin!) Mərhum imam əş-Şafiidən daha çox hikmətli fikirlər gətirmək olar. İmamın ardıcılları onun göstərişlərinə əməl etmişlər. Onun fikirlərindən bir neçə nümunə verək: 1. «Elə bir adam yoxdur ki, Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- sünnəsi ona aid olmasın və ya ondan uzaq olsun. Mən nə deyirəmsə və ya hansı bir fikri əsaslandırıramsa, əgər Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- buyurduğu mənim dediyimə ziddirsə, həqiqi olan Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm-dediyidir. Bu elə mənim də dediyimdir.» (əl-Hakimin əş-Şafiiyə istinadən verdiyi rəvayət). 2. «Müsəlmanlar belə bir ümumi fikirdədirlər ki, Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- sünnəsini aydın görən bir şəxs başqa birisinin dediyini ondan üstün tuta bilməz» (İbn əl-Qayyim, 2/361 və əl-Fulani, səh.68). 3. «Mənim kitabımda Rəsulullahın –səllallahu aleyhi və alihi və səlləm- sünnəsinə müxalif bir fikir tapsanız, onda Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- sünnəsini əsas götürün.» (başqa rəvayətdə: «ona tabe olun», «başqasının fikrinə uymayın») (İbn Asəkir, İbn əl-Qayyim, əl-Fulani və b). 4. «Əgər hədis səhihdirsə deməli mənim məzhəbim odur» (ən-Nəvəvi, əş-Şərani, əl-Ha kim, əl-Beyhəqi, əl-Fulani). 5. «Siz (yəni imam Əhməd bin Hənbəl) hədisi və onu rəvayət edənləri məndən daha yax şı bilirsiniz. Əgər səhih hədis varsa, mənə deyin. Kufəlidə, bəsrəlidə və ya şamlıda olsa belə gedim öyrənim.» 6. «Hər bir məsələdə Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- haqqında hədis alimləri nin verdiyi məlumat səhih olub mənim dediyimə müxalifdirsə, sağlığımda və ölümümdən sonra da mən öz dediyimdən dönürəm» (Əbu Nəim, əl-Hərəvi, İbn əl-Qayyim, əl-Fulani). 7. «Görsəniz ki, mən bir söz deyirəm, lakin o Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- səhih kəlamına müxalifdirsə, onda, deməli, mənim ağlım çaşıbdır» (İbn Əbi Hatim, Əbulqasım əs-Səmərqəndi, Əbu-Nəim rəvayət etmişlər). 8. «Mənim dediyim hər hansı bir fikir Peyğəmbərin-səllallahu aleyhi və alihi və səlləm-səhih hədislərinə müxalifdirsə, bilin ki, Peyğəmbər hədisi daha irəlidir, məni təqlid etməyin» (İbn Əbi Hatim, Əbu Nəim, İbn Asəakir rəvayət etmişlər). 9. «Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- hər bir hədisi, dilimdən səslənməsə də, mənim sözümdür» (İbn Əbi Hatim). 4. ƏHMƏD BİN HƏNBƏL (Allah ona rəhmət eləsin!) İmam Əhməd hamıdan çox hədislərin toplanması ilə məşğul olmuş, onlara əməl etmişdir. Deyirlər ki, «o hətta başqa variantları və rəyləri əhatə edən kitabların yazılmasının əleyhinə olmuşdur» (İbn əl-Cauzi, «əl-Mənaqib», səh.192). Onun irəli sürdüyü fikirlər: 1. «Nə məni, nə də Maliki və əş-Şafiini təqlid edin. Həmçinin əl-Auzaiini, əs-Saurini təqlid etməyin. Onların əxz etdiyi mənbələrdən siz də götürün» (əl-Fulani, İbn əl-Qayyim). Bir rəvayətdə deyilir: «Dinində bunlardan heç birini təqlid etmə. Peyğəmbər-səllallahu aleyhi və alihi və səlləm-və onun əshabələrinin, onların ardıcıllarının, bunlardan sonra gələnlərin isə rəylərini seçərək (səhihi, zəifdən ayıraraq) götürün.» Başqa bir rəvayətdə demişdir: «Ardıcıllar Peyğəmbər-səllallahu aleyhi və alihi və səlləm- və onun əshabələrinin dediklərinə əsaslanan şəxsin ardınca gedənlərdir. Tabiinlərin sonra isə əməlisaleh xeyirxah adamların dediklərini seçərək götürün» (Əbu Davud, «İmam Əhmədin məsələləri», səh. 276-277). 2. «Əl-Auzainin, Malikin və Əbu Hənifənin fikri fikir olaraq qalır. Onlar mənim üçün eynidirlər. Dəlil-sübutu isə əsərlərdə (Quranda və hədislərdə) axtarmaq lazımdır» (İbn Abdul Bərr, «əl-Cami», səh. 2/149). 3. «Pəsulullahın (s.s.) hədisini rədd edən həlak olmaq üzrədir» (İbn əl-Cauzi, səh.183). Bunlar hədisə əməl etmək və onları kor-koranə təqlid edilməsini rədd etmək barədə imamların (Allah onlardan razı olsun! –radıyallahu anhum) fikirləridir. Bu fikirlər o qədər açıq-aydındır ki, heç bir mübahisəyə və ya şərhə ehtiyac yoxdur. Sünnəyə mültəzim olmaq, imamların bəzi fikirlərinə qarşı çıxan şəxs heç də onların təlimlərini rədd etmir, onların qoyduğu yoldan sapmır. Əksinə, bu şəxs onların hamısını qəbul edir, onlarla qırılmaz tellərlə sıx bağlı olur. Sabit Sünnəni onların dedikləri ilə uyğunlaşmadığına görə qəbul etməyən şəxs bu imamların özlərinə qarşı da asilik etmiş olur, onların dediklərinə qarşı çıxır. Həm də Allah təalanın bu kəlamına qarşı olur: «Amma, xeyr! (Ya Məhəmməd) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar” (ən-Nisa,65). Allah təala həmçinin buyurur: «… Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şüddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur,63). Hafiz İbn Rəcəb –rəhmətullahi aleyh- demişdir: «Peyğəmbərin əmrindən xəbərdar olan, hədisi bilən hər kəsə bunu millətə bəyan etməyi, nəsihət etməyi, ona tabe olmağı nəsihət etməlidir. Əgər bu məşhur bir alimin fikrinə müxalif olsa belə bunu etməlidir. Şübhəsiz ki, hər hansı bir məsələdə xəta etməsi istisna olmayan məşhur alimdənsə, Peyğəmbərə-səllallahu aleyhi və alihi və səlləm-tabe olmaq düzgündür. Buna görə də əshabələr və ondan sonra gələn alimlər səhih sünnəyə müxalif olanları rədd etmişlər. Bəzən bu cavablar sərt olmuşdur. Bu sərt cavablar nifrətdən irəli gəlmirdi. Onları (alimləri) (Allah üçün) sevirdilər. Ancaq Allah rəsulunu isə onlardan da çox sevirdilər. Şübhəsiz ki, hər hansı bir alimin fikri peyğəmbərin sözünə zidd olarsa peyğəmbərin sözü götürülməlidir. Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- buyurduğu kimi, xətasına görə də savab qazanmış bu alimin fikrini qəbul etməmək ona qarşı hörmətsizlik deyildir.» Bu fikir barədə mən deyərdim: « Onlara necə nifrət etmək olar ki, bu imamlar öz ardıcıllarına, artıq yuxarıda göstərdiyimiz kimi, onlara Sünnəyə tabe olmağı, peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- səhih Sünnəsinə müxalif olanlarla əməl etməməyi əmr etmişlər.» Mərhum əş-Şafii – rəhmətullahi aleyh- öz məsləkdaşlarına müəyyən bir məsələdə hədislərə əsaslanmadıqda və ya onların əksinə olana əsaslandıqda səhih Sünnəni ona aid etməyi əmr etmişdi. Mərhum tədqiqatçı İbn Dəqiq əl-İd bu dörd imamın ayrı-ayrılıqda və ya bütövlükdə səhih hədislərə uyğun gəlməyən fikirlərini iri cildli bir kitabda toplamış və sonra bu sözləri yazmışdır: « Bu fikirləri müctəhid imamlara aid etmək olmaz. Təqlidçilər bunu bilməlidirlər ki, bu fikirləri onlara şamil edib onlara böhtan atmasınlar» (əl-Fulani, səh. 99). ARDICILLARININ İMAMLARININ BƏZİ FİKİRLƏRİNİ RƏDD EDİB SÜNNƏYƏ ƏSASLANMASI |
|
|
![]() |
![]() |