![]() |
![]() |
|
DUADAN QABAQ DÖRD ŞEYDƏN QORUNMAQ ÜÇÜN ALLAHDAN KÖMƏK DİLƏMƏYİN VACİBLİYİPeyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyirdi: « Sonuncu təşəhhüdü bitirəndən sonra Allahdan dörd şeydən qorunmaq üçün kömək istəmək lazımdır. Deyirdi: « Allahummə inni ə,uzu bikə min azəbi cəhənnəm, va min azəbi-l-qabri, va min fitnəti-l-məhyə va-l-məməti, va min şərri fitnəti-l-məsihi-d-dəccəl” ( Allahım! Cəhənnəm əzabından, qəbr əzabından, həyat və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsinin şərindən Sənə sığınıram). Bundan sonra namaz qılan özü üçün dua edir» (Müslim, Əbu Uvanə, ən-Nəsai, İbn əl-Carud, «əl-Muntəqi» (27), «əl-İrva» kitabı, (350). «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təşəhhüddə bu duanı oxuyardı» (Əbu Davud və Əhməd. Səhih hədisdir). «O əshabələrinə – radıyallahu anhum- Qurandan bir surə öyrədən kimi bu duanı öyrədərdi» (Müslim və Əbu Uvanə). SALAMDAN QABAQ DUA VƏ ONUN NÖVLƏRİ |
|
|
![]() |
![]() |